Çexiyada silahlı hücumdan sonra bir günlük milli matəm elan edilib


Çexiyanın paytaxtı Praqada Çarlz Universitetində 14 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqədar dekabrın 23-ü şənbə gününün milli matəm günü elan edilməsi qərara alınıb.


24 yaşlı universitet tələbəsi David Kozakın universitet binasından ətrafdakı insanlara atəş açması nəticəsində 14 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Nazirlər Kabinetinin növbədənkənar iclasından sonra Çexiya Prezidenti Petr Pavel dekabrın 23-nün matəm günü elan edildiyini, rəsmi qurumlarda bayraqların yarıya qədər endiriləcəyini və günorta saatlarında bir dəqiqəlik sükutla yad ediləcəyini açıqlayıb. “Bu qədər gəncin lüzumsuz itkisinə görə böyük kədərimi və qəzəbimi bildirmək istərdim. Mən Çexiya tarixində ən faciəli hadisə ilə bağlı həlak olanların bütün yaxınlarına və hər kəsə başsağlığı vermək istərdim".

Hollandiya Xarici İşlər Nazirliyi yaralananlardan birinin Hollandiya vətəndaşı olduğunu açıqlayıb.

Polis dünən səhər saatlarında Kladnodakı evində atasını öldürməkdə şübhəli bilinərək axtarışda olan universitet tələbəsi David Kozakın sosial media yazışmalarına daxil olub və sonra universitetə ​​gedəcəyini təyin edib.

Kozakın mühazirəyə qatılacağı fakültə binasını ehtiyat tədbiri olaraq boşaldan polis, Kozakın başqa bir binaya girdiyini və hücumu oradan həyata keçirdiyini, daha sonra ölü olaraq yaxalandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu