"WhatsApp"dan yenilik: Mesajlara reaksiya verə biləcəksiniz


"WhatsApp" istifadəçilərin bir müddətdir tələb etdiyi yeniliyi qəbul edib.


Beta versiyada yayımlanan yeniliklə mesajlara reaksiya vermək mümkün olacaq. Dünyada təqribən 1,6 milyard istifadəçisi olan mesajlaşma tətbiqi "WhatsApp" yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.

Beta versiyada çıxan yeniləmə ilə bir çox proqramdakı xüsusiyyətlər "WhatsApp"a da gələcək. Android istifadəçiləri üçün 2.21.24.8 Beta versiyasını çıxaran "WhatsApp"da mesajlara reaksiya vermək mümkün olacaq.

Qeyd edək ki, oxşar funksiya Facebook və Instagram-da da mövcuddur. Meta çətiri altında "WhatsApp"a edilən bu yeniləmənin (Facebook-un yeni adı) nə vaxt hər kəs üçün əlçatan olacağı bəlli deyil. Beləliklə, indi mesaja cavab vermək əvəzinə mesajı bəyənə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu