WhatsApp yeni funksiyanı elan edib


Dünyada ən çox istifadə edilən ünsiyyət proqramı olan WhatsApp hər gün yeni funksiyasını açıqlayır.


Elan etdiyi yeniliklərlə istifadəçilərini məmnun edən WhatsApp daha bir yenilikçi xüsusiyyətini açıqlayıb. QWhatsApp-ın açıqladığı yeni funksiya status kimi paylaşılan şəkillərlə yanaşı, audio paylaşmağa imkan verəcək.

Artıq “WhatsApp”dan istifadə edərkən status bölməsinə şəkillərlə yanaşı səs yazılarını da yükləmək mümkün olacaq. WhatsApp tərəfindən hazırlanan bu yeni funksiya hələ beta versiyada, test mərhələsindədir. Testlər tamamlandıqdan sonra funksiya bütün istifadəçilər üçün əlçatan olacaq. Bu yeni funksiya sayəsində artıq “Status” bölməsində səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu