"WhatsApp" çoxdan gözlənilən funksiyasını təqdim edir


Dünyada ən çox istifadə edilən ünsiyyət proqramı olan "WhatsApp", yeni xüsusiyyətləri ilə istifadəçilərini sevindirməyə davam edir.


"WhatsApp"ın beta versiyasında sınaqdan keçirilmiş funksiyalar bütün testlər yekunlaşdıqdan sonra istifadəçilərə təqdim olunub. Quruluşuna əlavə etdiyi xüsusiyyətlərlə bir ünsiyyət tətbiqindən daha çox halına gələn "WhatsApp", istifadəçilərini sevindirəcək xüsusiyyətini açıqlayıb. WhatsApp-ın elan etdiyi ən son xüsusiyyət həm mobil, həm də masaüstü "WhatsApp" tətbiqi üçün hazırlanıb.

Yenicə sınaqdan keçirilmiş "WhatsApp"ın yeniləməsini təqdim edirik:

“WhatsApp”ın qrup görüntülü söhbətləri üçün son yeniləməsi yayımlanıb. Keçmişdə müəyyən sayda zəngləri təmin edə bilən "WhatsApp" qrup video çatı üçün əlaqə limiti artırılıb. Yeni limit 32 nəfərə qədər qrup video çatlarını qəbul edir. Bu vəziyyət daha çox iş görüşmələri və ya geniş miqyaslı onlayn görüşlər üçün işləyəcək olsa da, iş qruplarının yayılmağa davam etdiyi "WhatsApp", bundan istifadə edən işəgötürənlər və iş qrupları üçün fürsət yaradıb.

Eyni xüsusiyyət masaüstü versiyaya gətiriləcək və bu halda Skype, Zoom və buna bənzər proqramlara ehtiyac qalmayacaq. Bu funksiya hazırda beta versiyada sınaqdan keçirilir. Bütün testlər başa çatdıqdan sonra "WhatsApp" bütün istifadəçilərə 32 nəfərə qədər video zəng dəstəyi təklif edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu