Whatsapp-ın yeni funksiyası ŞOK ETDİ


Whatsapp yeni funksiyasını təqdim edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, WhatsApp daha bir inanılmaz yeniliyə imza atıb. Həm mobil proqramda, həm də veb interfeysdə istifadə olunmağa başlayan yeniliyə əsasən, eyni mövzu ətrafında daha çox insanı bir araya gətirən elan kanalları qurmaq mümkündür. 5 min nəfərə qədər elan qrupu yaradıla bilər. Funksiyanın özəlliyi budur ki, burada qarşılıqlı əlaqə olmayacaq, istifadəçilər yalnız izlədikləri kanallardan məlumat ala biləcək.

WhatsApp istifadəçilərə qrup mesajlarında başqalarının profil fotolarını görmək imkanı da verəcək. Yenilənmə ilə əlaqədar olaraq qruplardakı insanlar mesaj göndərən zaman mesajı göndərən şəxsin şəkli görünəcək. Qeydiyyatdan keçməyən və ya mesaj göndərən şəxslərin profillərinə klikləmədən mesaj gələndə həmin şəxsin profil şəkli görünəcək.
Yeniləmə ilk dəfə iOS beta-da müşahidə edilib. Test mərhələsində olan xüsusiyyət bir çox istifadəçiyə təqdim edilməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu