WhatsApp-dan iPhone istifadəçiləri üçün yeni rejim


Ani mesajlaşma tətbiqindən daha çox funksiyaya malik olan WhatsApp-ın iOS versiyasında artıq companion rejimi yaradılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, WhatsApp sistemini hər gün yeni funksiyalarla zənginləşirdir. Belə ki, WABetaInfo tərəfindən WhatsApp üçün hazırlanan 23.10.7.6 konstruksiya kodu ilə yeniləmədə yeni funksiya aşkarlanıb.

Companion rejimi adlanan bu funksiya ilə Apple məhsullarının istifadəçiləri mövcud WhatsApp hesablarını ikinci iOS cihazına qoşa bilərlər.

Rəsmi olaraq elan edilən Companion Mode istifadəçilərə bütün cihazlarında zənglər və mesajlar göndərmək və qəbul etmək imkanı verir, eyni zamanda başdan sona şifrələmə sayəsində məxfilik və təhlükəsizlik qorunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu