WhatsApp-ı kompüterindən istifadə edənlərin diqqətinə!


Whatsapp yenilikləri ilə istifadəçilərini bir daha təəccübləndirib.


AFN.az xəbər verir ki, sosial şəbəkəni internet brauzeri vasitəsilə istifadə edənlərə aid yeni funksiya təqdim edilib. Bu yenilənmə ilə watsapp Zoom-a rəqib olmağa hazırlaşır.

Səsli və videolu söhbətlərdə insan sayını yeniləyən Whatsapp, korporativ şirkətlərin veb konfranslarında istifadə edilən bir tətbiqə çevrilmiş kimi görünür.

8 nəfərlə məhdudlaşan audio və video konfrans zəngi funksiyasını 32 nəfərə artıran tətbiq Whatsapp Web istifadəçilərinə iş və digər məqsədli video konfranslar üçün imkanlar təqdim edəcək.

WhatsApp-ın kompüter brauzerlərində açılan platforması olan Whatsapp Web-in səsli və görüntülü zəngləri insan sayı yenilənməsi ilə 32 nəfərə qədər artırıla bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu