Milyonlarla insan "WhatsApp"a gizli şəkildə daxil olur


"WhatsApp" meneceri Vill Katcart bildirib ki, mobil tətbiqin qadağan olunduğu ölkələrdə on milyonlarla insan müvəqqəti texniki həllər ilə "WhatsApp"a gizli şəkildə daxil olub.



BBC-yə danışan Katcart "WhatsApp"dan istifadə edən insanlar haqqında çoxlu sistemsiz məlumatların olduqlarını bildirib: "Bloklandığımız bəzi ölkələrə nəzər saldıqda on milyonlarla insanın hələ də "WhatsApp"a qoşulduğunu görürük".

"WhatsApp" qeydiyyatdan keçmiş telefon nömrələri sayəsində istifadəçilərinin real yerini görə bilir.

Katcart bildirib ki, VPN-lərin artması və keçən iyun ayında istifadəyə verilmiş "WhatsApp Proksi" xidməti proqrama davamlı girişi təmin edib.

Qeyd edək ki, "WhatsApp" İran, Şimali Koreya və Suriyada qadağan edilib. Ötən ay "WhatsApp"ın qadağan olunduğu ölkələr siyahısına Çin də əlavə edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu