Fransada hökumət üzvləri Telegram, WhatsApp və Signal proqramlarından istifadə etməyəcəklər


“Le Figaro”nun xəbərinə görə, Baş Nazirlik tərəfindən verilən sirkulyarda hökumət nümayəndələrinə telefonlarından Telegram, WhatsApp və Signal kimi mesajlaşma proqramlarını silmələri istənilib.



Məxfi məlumatları ehtiva edən görüşlər üçün təhlükəsizliyi gücləndirməyi hədəfləyən sirkulyarda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli Olvid mesajlaşma tətbiqini quraşdırmalı olduğu qeyd edilib.

Sirkulyarda bildirildi ki, Olvid tətbiqi Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) bir səviyyəli təhlükəsizlik sertifikatı almış yeganə proqramdır.

Olvid proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu