İspaniyada Telegram-dan istifadə dayandırılıb


İspaniya Milli Məhkəməsi müəllif hüquqları ilə qorunan vizual və audio məzmundan icazəsiz istifadə edildiyi iddiası ilə sosial mediada ani mesajlaşma tətbiqi olan Telegram-dan istifadənin dayandırılmasına qərar verib.



İspaniya Milli Məhkəməsinin hakimi Santyaqo Pedraz Mediaset "Atresmedia" və "Movistar Plus" televiziya şirkətlərinin ittihamını dəyərləndirib.

Müəllif hüquqları ilə bağlı çatışmazlıqları qəbul edən hakim Pedraz İspaniyada fəaliyyət göstərən "Vodafone", "Orange", "Digi", "Movistar", "MasMovil" və digər telefon operatorlarına Telegram proqramlarının istifadəsini ən qısa zamanda dayandırmağı əmr edib.

İttihamlarla bağlı istintaq davam etsə də hakim Pedraz əməkdaşlıq etməməkdə və müəyyən texniki məlumatların bildirilməsinə icazə verməməkdə günahlandırdığı Telegram-ın istifadəsini dayandırmağa qərar verib və bunu zəruri, uyğun və mütənasib kimi qiymətləndirib.

Telegram tətbiqi xəbərin yazıldığı andan etibarən İspaniyada istifadə olunmağa davam etsə də, qısa müddət ərzində bağlanacağı gözlənilir.

Qeyd edək ki, təsisçiləri rusiyalı iş adamları Nikolay və Pavel Durov qardaşları olan Telegram WhatsApp-a alternativ olaraq təqdim edilib və 2013-cü ildən fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu