Fransada dövlət qurumlarına görünməmiş kiberhücum


Fransa Baş Nazirlik Ofisi nazirliklər də daxil olmaqla bir çox dövlət qurumlarının “görünməmiş intensivlikdə” kiberhücumlara məruz qaldığını açıqlayıb.


Baş nazirliyin Fransadakı ofisindən verilən açıqlamada 10 martdan etibarən bəzi dövlət qurumlarının kiber hücumların hədəfinə çevrildiyi bildirilib.

Açıqlamada, “oxşar texniki vasitələrdən istifadə etməklə” həyata keçirilən hücumların “görünməmiş intensivlikdə” olduğu qeyd edilib. Eyni zamanda bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi bildirilib.

Digər tərəfdən, nazirliklərarası Rəqəmsal Müdirliyə (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi İnstitutuna (ANSSI) bağlı qrupların hücumlar tamamilə zərərsizləşdirilənə qədər filtrasiya işləri üçün səfərbər edildiyi açıqlanıb.

Bildirilib ki, hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi də var.

Baş nazirlik bəyanatında hücumların kimlər tərəfindən həyata keçirildiyi barədə məlumat verilməsə də, "Le Figaro" qəzeti Telegram vasitəsilə hücumlara görə məsuliyyəti "Anonim Sudan" adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu