“WhatsApp”da çoxdan gözlənilən yenilik


“Whatsapp”da mesajların oxunmasından sonra onların avtomatik olaraq silinmələri funksiyası artıq mövcuddur.



AFN.az xəbər verir ki, indi isə messencer tərtibatçıları eyni funksiyanın səsli mesajlara tətbiq edilməsi üzərində çalışırlar.

Məlumatda qeyd edilib ki, səsli mesajlar üçün “View Once” funksiyası adi mesajlardakı kimi çalışacaq.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu