Sədr: "Hazırda əyani tədris alan tələbələrə təhsil kreditləri verilir"
"İndiki qaydalarla sırf əyani tədris alan tələbələrə təhsil kreditləri verilir".
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, bəzi tələbələr müraciət zamanı qoyulan tələblərlə yaxından tanış olmayıblar: "Misal olaraq, qiyabi təhsil alan tələbələr də kredit almaq üçün müraciət ediblər. Həmin tələbələrə sistem avtomatik imtina cavabı göndərilib".
İdarə Heyətinin sədri əlavə edib ki, keçən həftə 420 nəfərə bu səbəbdən imtina verilib.