Putin Türkiyəyə fevralın 14-də səfər edə bilər
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə fevralın 14-də səfər edə bilər.
AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik mənbələrinə istinadla “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, səfər tarixi dəqiq məlum deyil, amma Putinin ayın 14-də Türkiyəyə getməsi mümkündür.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarlarını ölkəyə dəvət etmişdi.