Putin fevralın 12-də Türkiyəyə səfər edəcək


Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün səfəri fevralın 12-də baş tutacaq.



Bu barədə “Reuters” anonim türk rəsmisinə istinadən məlumat yayıb.

Mənbə Putinin Türkiyəyə səfəri ilə bağlı məlumatı təsdiqləyib və səfərin konkret tarixini açıqlayıb. Qeyd olunur ki, bu, Putinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq.

Yanvarın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezidentin Türkiyəyə səfəri Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu