Ötən ay aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb


Cari ilin yanvar ayı ərzində aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb.


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu