Qanunsuz narkotik dövriyyəsinə qarşı görülmüş tədbirlər açıqlandı


Bu il Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb ki, bu da çəki anlamında 3 ton 765 kq 317,349 qr edir.


AFN.az bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatına istinadən xəbər verir. Hesabatda qeyd edilir ki, 2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min AZN kimi qiymətləndirilir.

Qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə görə 3 323 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 43 nəfəri xarici ölkə vətəndaşıdır.

narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərin 100-ü qrup halında törədilib. Bu faktlar üzrə qanunsuz dövriyyədən 822 kq 934,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə olunub. 1192 cinayət faktı isə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və bu hallar üzrə 811 kq 844,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu