Rusiya hərbçiləri dünya çempionunu öldürdü


İrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.


AFN.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.

Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.

Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.

Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu