Bu gün müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionunun doğum günüdür


Bu gün Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti, Azərbaycan İdmançılar İctimai Birliyinin Baş katibi, Müstəqil Azərbaycanda Boks üzrə ilk dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, Dünya Boks Federasiyasının (AIBA) Çempionlar və Veteranlar komissiyasının üzvü Fərhad Acalovun doğum günüdür.


Fərhad Acalovun Azərbaycan idmanının, xüsusilə boks sahəsi üzrə inkişafında müstəsna xidmətləri vardır.1994-cü ildən boks idman növü ilə məşğul olan əməkdar idmançı respublikamızı müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir:
- 1997-1998-ci illər, Avropa birinciliyi, II yer (gümüş medal);
- 2000-ci il - Dünya birinciliyi I yer (qızıl medal), çempionatın ən texnikalı boksçusu;
- 2000-ci il, Tələbələrin Universiadası, I yer (qızıl medal);
- 2001-ci il, Neft ölkələrinin Dünya kuboku, III yer (bürünc medal);
- 2003-cü il, Hərbçilərin Olimpiya Oyunları III yer (bürünc medal);
- 2004-cü il, Tələbələrin Dünya çempionatı II yer(gümüş medal);
- 2005-ci il, Dünya kuboku, III yer (bürünc medal)
- 2005-ci il, Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal).

11 qat Azərbaycan çempionu, 25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş idmançımız Azərbaycan çempionatlarında, Beynəlxalq turnirlərdə, Dünya və Avropa çempionatlarında (oyunlarında), Olimpiya Oyunlarında, İslam Həmrəyliyi oyunlarında ümumilikdə 300-dən artıq medal əldə etmişdir.

İllərdir həm öz, həm də yetişdirdiyi çempionların uğurları ilə bu sahədə özünü təsdiqləmiş Fərhad Acalov saysız uğurlarının bərabərində yüksək şəxsi keyfiyyətlərilə idman ictimaiyyətində xüsusi məqam, böyük nüfuz sahibidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu