Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb

“Jurnalist vəsiqəsinin formasının ilkin layihəsi artıq hazırlanıb”.
Bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, layihə barədə aidiyyəti üzrə müvafiq qurumlarla razılaşdırma aparılır.