“Media haqqında” yeni qanun layihəsi hazırlanıb” - Prezidentin köməkçisi
“Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib".
Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın inkişafına imkan verəcək.(Qafqazinfo)