Azərbaycanda istehlakçılara 214 milyon manat ƏDV məbləği geri qaytarılıb


Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-nə qədər istehlakçılara 536 252 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 107 998 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.


AFN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu