Şirvanda bloqer niyə həbs edilib? - DİN-dən açıqlama


Bloqer Eyvaz Yahyaoğlu həbs edilib.


Dünən Şirvan şəhər Məhkəməsinin qərarı ilə ona 28 sutka inzibati cəzası verilib.

İddialara görə, E.Yahyaoğlu “Şirvan TV” adlı yutub kanalında rayonda baş verən hüquq pozuntularını ictimailəşdirdiyinə görə həbs olunub. Ailəsi onun mayın 9-da polis şöbəsinə çağırıldığını, gecə orada saxlanıldığını, mayın 10-da isə barəsində həbs qərarı çıxarıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov “Qafqazinfo”ya bildirib ki, Eyvaz Yahyaoğlu mayın 9-da Şirvan Şəhər Polis Şöbəsinin qarşısına gələrək inzibati binanın ətrafında xidmət aparan polis əməkdaşları ilə mübahisə etməklə ictimai qaydanı pozub:

“Həmin şəxs polis əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayıb. Onun barəsində İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Eyvaz Yahya oğlu 28 gün müddətinə inzibati qaydada həbs edilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu