Həkimləri söyən valideyn həbs edildi - Xəstəxanada insident


Bakı şəhər Yasamal rayonunda yerləşən Respublika Uşaq Xəstəxanasında insident olub.


“Qafqazinfo” xəbər verir ki, övladını xəstəxanada müalicə etdirən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ə.X (şərti adlı) sərxoş halda oraya gələrək səs-küy salıb. Övladının müalicəsindən narazı olan valideyn həkimlərin ünvanına təhqiramiz sözlər işlədib, qışqıraraq söyüş söyüb. Bundan sonra xəstəxanada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinə son qoymasını tələb edib. Sərxoş halda olan Ə.X. mübahisəyə davam etdiyindən xəstəxanaya digər polis əməkdaşları dəvət edilib.

50 yaşlı şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xuliqanlıq, polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs tərtib edilmiş protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 10 sutkalıq inzibati həbs cəzası təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu