Bakıda DYP işçiləri ilə dalaşan “Porsche” sürücüsü həbs edildi


Bakıda barəsində inzibati protokol tərtib edilən sürücü həbs edilib.



Hadisə Yasamal rayonu, Zərdabi küçəsində baş verib.

Belə ki, DYP əməkdaşları “Porsche” markalı minik avtomobildə əlavə səs avadanlığının olması ilə əlaqədar nəqliyyat vasitəsini saxlayıb. Bu zaman sürücü, 1994-cü il təvəllüdlü Sadıq Musayev yol polislərinə etiraz edib və sənədlərini təqdim etməkdən imtina edib.

O, telefonu ilə DYP işçilərini videoya çəkərək təhqir etməyə başlayıb.

Əraziyə post partul xidməti dəvət edildikdən sonra sürücü saxlanılaraq 29-cu Polis Şöbəsinə aparılıb. Burada S.Musayev səs-küy salmağa, nalayiq ifadələr işlətməyə davam edib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən S.Musayev polis şöbəsindən rasamal Rayon Məhkəməsinə aparılıb.

Məhkəmənin qərarı ilə sürücüyə 15 sutka inzibati həbs cəzası təyin edib.//publika.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu