Azərbaycanla Monteneqro arasında turizm əməkdaşlığı genişləndirilir
28 İyun 2022 tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlar Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyinin rəhbəri xanım Milica Buric və Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Dr. Vüqar Əliyev ilə görüş keçiriblər. Görüşdə Azərbaycan və Monteneqro arasında olan turizm dinamikasının artım tendensiyasının irəlilədiyi qeyd olunub.
Monteneqroya Balkanlarda yeganə ölkə olaraq 2013-cü ildən başlayan birbaşa uçuşlar təşkil edilib. Eyni zamanda Türkiyə istiqamətindən sonra Azərbaycan turistləri üçün birbaşa uçuşlarla ən maraqlı və rahat səyahət edə biləcək olduğunu vurğulayıblar. İrəlidə uçuşların daha uzunmüddətli həyata keçirilməsi istiqamətində işlərin aparılmasi mövcud olduğu qeyd olunub.
Görüşün sonunda xanım Milica Buric Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyevi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevi Monteneqro və Azerbaycan turizm əlaqələrin inkişaf etdirilməsi istiqamətində və ölkələrimiz arasında turizmin inkişafına göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin qonaqların hər ikisi 30 İyun 2022-ci il tarixindən Bakı - Tivat birbaşa uçuşların başlanması ilə əlaqədar xanım Milica Burici və Fəxri Konsul Dr. Vüqar Əliyevi təbrik ediblər.