İordaniya və Azərbaycan sağlamlıq turizmi əlaqələri müzakirə edilib


Qlobal Sağlamlıq Turizm Şurasının fəxri sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Sami Asem Goşehinlə görüşüb.


AFN.az xəbər verir ki, Sami Asem Goşehin dəvəti ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında post-pandemiya dövründə Azərbaycan və İordaniya arasında sağamlıq turizmi istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub.

Görüş zamanı hər iki tərəfdən Qlobal Sağlamlıq Turizm Şurası kimi nüfuzlu turizm qurumuna İordaniya və Azərbaycanın sədrlik etməsindən qürur duyduqları, ölkələrimiz arasında turizm sahəsində birgə daha böyük uğurlara imza atılacağına əminlik ifadə olunub.
Xatırladaq ki, İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdullah ibn Al Hüseynin himayəsi ilə postpandemiya dövründə dünyanın ən böyük sağlamlıq turizmi tədbirlərindən sayılan İHTF-2022 Beynəlxalq Sağlamlıq Turizmi Forumu keçirilib.
Forumda 50-dən artıq ölkədən 700-dək nümayəndə iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev təmsil edib. Tədbirin ilk günündə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası (PHA) arasında qurumun sədri Feyzi Al-Hammori, İordaniya Haşimilər Krallığının səhiyyə naziri Dera Al-Hashari, digər hökumət və dövlət nümayəndələrinin iştirakı ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fəxriyyə ABDULLAYEVA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu