Azərbaycan-Belarus tibbi turizm əməkdaşlığı müzakirə olunub




Qlobal Turizm Şurasının sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm sektoru ilə iş komissiyasının sədri Ruslan Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

Gennadi Axramoviçin dəvəti ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında 2019-cu il ərzində tibbi turizm sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Belarusun turizmin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. Görüşdə həmçinin Belarus turoperatorlarının və tibb işçilərinin 4-6 aprel tarixlərində Azərbaycana, Azərbaycan turoperatorlarının isə may ayının əvvəllərində Belarus Respublikasına səfərlərii, səfər çərçivəsində hər iki ölkənin sanatoriya-kurort və tibb müəssisələri ilə yaxından tanışlıq qərara alınıb.

Görüş zamanı Gennadi Axramoviç Azərbaycanın Qlobal Turizm Şurası kimi nüfuzlu turizm qurumuna sədrlik etməsindən qürur duyduğunu, ölkəmizin turizm sahəsində daha böyük uğurlara imza atacağına inandığını da vurğulayıb.

Fəxriyyə ABDULLAYEVA




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu