Azərbaycan “Astana – gələcəyin şəhəri” adlı beynəlxalq forumda təmsil olunub


2-5 iyul tarixlərində Qazaxıstanın Astana şəhərinin yaranmasının 25 illiyi münasibətilə “Astana – gələcəyin şəhəri” adlı beynəlxalq forum keçirilib. Forum çərçivəsində tibbi turizmə həsr olunmuş plenar toplantı təşkil edilib.


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından AFN.az-a verilən xəbərə görə, tədbirdə ölkəmizi qurumun rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının sədri Ruslan Quliyev təmsil edib.
Qlobal tibbi turizm bazarının inkişafı üzrə nüfuzlu ekspertlərin iştirakı baş tutan sessiyada bazarın hazırkı vəziyyəti araşdırılıb və onun inkişafının əsas amilləri haqqında təqdimat keçirilib. Qeyd edilib ki, Astana şəhəri üçün tibbi turizmin potensial donor ölkələri Rusiya, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Belarus, Çin və İsraildir. Bu ölkələrdən son illərdə Qazaxıstana müalicə məqsədilə daha çox xəstə gəlib.
Tədbirdən sonra iştirakçılar Astanada fəaliyyət göstərən tibbi turizm müəssisələrinə səfər ediblər.

FƏXRİYYƏ







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu