AFFA İntizam Komitəsi klubları cəzalandırıb


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


AFN.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının V turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar qərarlar çıxarılıb.

“Turan Tovuz”la ev oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən eyniadlı klub 800 manat cərimə olunub.

“Səbail” komandası ilə ev matçında azarkeşləri meydana kənar əşyalar atdıqlarıı üçün “Sabah”a 1600 manat cərimə kəsilib.

“Kəpəz” - "Qarabağ" qarşılaşmasında Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə nominal meydan sahibləri 800 manat ziyana düşüb.

“Kəpəz” daha 1 600 manat cəriməni futbolçusu Tural Rzayevin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəbindən ödəyəcək. Rzayevin özü 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

“Qarabağ” isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən eyni məbləğdə cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu