Apellyasiya Məhkəməsi Əvəz Zeynallı ilə bağlı qərarı qüvvədə saxladı


Bakı Apellyasiya Məhkəməsində Xural TV-nin rəhbəri Əvəz Zeynallının şikatyətinə baxılıb.


Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda onun ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin olunmayıb. Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 4 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb.

Rəsmi ittihama əsasən, "Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun "Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu