Əvəz Zeynallı barədə həbs qətimkan tədbiri dəyişdirilmədi - YENİLƏNİB


Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallının vəkili tərəfindən verilmiş vəsatətə baxıb. Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. Ə.Zeynallı barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.


Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

***

“Xural” TV-nin rəhbəri Əvəz Zeynallının həbsi ev dustaqlığı ilə əvəz edilə bilər.


Bu barədə məlumatı hüquq müdafiəçisi Səidə Qocamanlı verib.

Bildirək ki, hazırda Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının məhkəmə prosesi keçirilir. Prosesdə jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq. Vəsatət hakim Vüsal Tağıyevin icraatındadır.

Əməkdaşlarımız hazırda məhkəmə binasının önündədir. Məhkəmə binası önündə jurnalistlər, partiya rəhbərləri də var.

Əlavə məlumat verəcəyik.

Qeyd edək ki, sentyabrın 11-də "Xural TV"-nin rəhbəri Əvəz Zeynallı və onun vəkili Elçin Sadıqov Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunaraq, barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdi. Bakı Apelyasiya Apellyasiya Məhkəməsi sentyabrın 17-də vəkil Elçin Sadıqov barədə həvs qətimkan tədbirini dəyişdirib və onu ev dustaqlığına buraxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu