Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb


2022/2023-cü tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 9 tələbə qəbul olunub.


Bu tədris ilində Akademiyaya qəbul olan 29 tələbə – qəbul olmuş tələbələrin 20 faizdən çoxu 600-dən çox bal toplayıb. Bunlardan 12 nəfəri İnformasiya təhlükəsizliyi, 9 nəfəri “İnformasiya texnologiyaları” ( tədris ingilis dilində), 7 nəfəri “Hüquqşünaslıq”, 1 nəfəri isə “Beynəlxalq ticarət və logistika” (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 656,9 balla İnformasiya texnologiyaları ixtisası üzrə İsmayılov Rüfət toplayıb.
Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə "Gömrük işi" və "Beynəlxalq iqtisadi hüquq" ixtisaslarına qəbul aparılıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən etibarən “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədrisin ingilis dilində təşkil olunacağı qruplara tələbə qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu