Jurnalist Səbuhi Məmmədli xəstəxanaya YERLƏŞDİRİLDİ


Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirilib.



AFN Modern.az-a istinadən xəbər verir ki, S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.

Hazırda xəstəxanada müalicə olunan jurnalist vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.

S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.

Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib. Həmkarımız TƏBİB-dən və xəstəxanadan böyük qayğı gördüyünü də sözlərinə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu