Təhsilə ayrılan xərclər 536 mln manat, səhiyyəyə ayrılan xərclər 197.6 milyon manat artırılıb
“Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2023-cü ildə 235 milyon manat azaldılmasını və növbəti 3 ildə də orta hesabla o qədər azaldılmasının hədəflənməsini məqbul hesab edir və bunun dövlət başçısının imzaladığı fərman ilə verdiyi göstərişlərə, büdcə qaydasının hədəflərinə və sosial-iqtisadi strategiyanın hədəflərinə uyğun gəldiyini hesab edirik”.
Milli Məclin komitə sədri Tahir Mirkişili bunu parlamentdəki büdcə müzakirələrində söylədi. Qeyd etdi ki, 2023-cü il dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996.2 milyon manat artılıraq 33 çilyon 300 milyon manata çatdırılmasını yuxarıda sadaladığım çağırışlara cavab vermək baxımından vacib və məqbul hesab edirik: “Dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin 15 218.9 milyard manata və ya xərclərin 45.7%-ə çatdırılması dövlətin sosial siyasətinin aparılmasının maliyyə resursları ilə təmin edilməsi deməkdir. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manatdək artırılaraq 8 milyard manatı keçməsini ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik. Ərazimizdə münaqişə bitsə də, sərhədlərimizdən kənarda bizim üçün təhlükələrin mövcudluğu bu sahədə əlavə tədbirlərin görülməsini vacib etməkdədir. Doğrudur, müzakirələrdə deputat həmkarlarım bu istiqamətdə xərclərin daha da artırılmasının vacibliyini qeyd etsələr də, fikrimizcə ehtiyac yaranacağı təqdirdə təhlükələrin dəf edilməsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması imkanı da mövcud olacaq”.
T.Mirkişili qeyd etdi ki, təhsilə ayrılan xərclərin 536 mln manat, səhiyyəyə ayrılan xərclərin isə 197.6 milyon manat artırılmasını təqdirəlayiq hal hesab edir: “Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Tələbə Krediti fonduna əlavə vəsaitin ayrılmasnı, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqqlarının artırılmasını, dövlət hesabına təhsil alan tələbələrin sayının 12 224 nəfər artırılaraq 128 mini keçməsini, İcbari Tibbi Sığorta fondunun büdcədən kənar fond kimi məüyyən olunmasını doğru addımlar hesab edirik. Əməyin ödənişi xərclərini 420 milyon manatadək artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq. Umumiyyətlə, qeyd etmək istərdim ki, bu istiqamətdə aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekunu olaraq qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub”. T.Mirkişili bildirdi ki, komitə büdcə xərclərində, həmçinin məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan vəsaitlərin ümumilikdə 350 milyon manatdan çox artırılmasını məqbul hesab edir: “Fikrimizcə, gələcəkdə bu sahədə yaranacaq çağırışlar daha ciddi və əhatəli tədbirlərin görülməsinə ehiyac yaradacaq. 2023-cü ildə Dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayın 6 rayon artaraq 57-yə çatmasını təqdirə layiq hal hesab edirik. Eyni zamanda, yerli büdcələrin daha da artırlması istiqamətində səylərin artırılmasının və bunun üçün yeni mexanizmlərin tapılmasının vacibliyini də qeyd etmək istərdik. Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşmasının və icrasının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacib hesab edirik. Bu istiqamətdə davamlı səylərin göstərildiyini də qeyd etməklə yanaşı, fikrimizcə kollektiv səylərin və kollektiv inamın əldə edilməsini vacib sayırıq”.