Pediatr otağında oyuncaqlarla necə davranmaq lazımdır? - TƏKLİF


Pediatr otağını oyuncaqsız təsəvvür etmək olmur. Təkcə uşağın başını qatmaq, qorxmaması üçün deyil, həm də onun oyuncaqlarla necə davrandığını görmək üçün də lazımdır. Çunki uşağın oyuncaqla necə rəftar etməsi onun psixoloji inkişafı haqda bizə məlumat verir.


AFN.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib. Onun sözlərinə görə, bu məsələdə ortaya çıxan çətinlik ondan ibarətdir ki, pediatr yanına həm xəstə, həm sağlam uşaqlar gəlir və bu zaman oyuncaq vasitəsilə xəstəliyin ötürülməsi baş verə bilir: "Çoxdandır fikirləşdiyim çözümü tapdım.
Tüklü və parça oyuncaqları çıxardım. Çunki yuyulsa gec quruyacaq. Plastik olanları saxladım. Çirkli və təmiz oyuncaqlar üçün səbətlər ayırdım.
Təmiz səbətdən çıxarılan oyuncaqlar çirkli oyuncaq səbətinə atılacaq. Onlar da günün sonu yuyulacaq. Valideynlərdən də xahiş edəcəm ki, bunu nəzərdə saxlasınlar. Yəni uşağın əlindən aldıqlarınl çirkli səbətə atsınlar".
A.İsmayılzadə bu metodun faydalı olasağına əmin olduğunu bildirib və digər pediatr həmkarlarını da bundan istifadə etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu