Uşaqlar arasında ölümcül Strep A virusu Azərbaycanda da çıxıb - pediatrdan AÇIQLAMA


Bir sıra ölkələrdə uşaqlar arasında yayılan Strep A virusu Azərbaycanda da çıxıb.


AFN.az xəbər evrir ki, bu haqda tanınmış pediatr Aytən İsmayılzadə bildirib. Hazırda bəzi ölkələrdə uşaqlar arasında streptokok infeksiyası yayıldığını, son vaxtlar bizdə də Strep A-antigen testinin pozitiv çıxdığını deyən pediatr boğaz ağrı, hərarətlə xəstəxanaya gələn uşaqların elə ilk gündən müvafiq testi edilməsinin vacibliyini qeyd edib: "Test boğazdan götürülən yaxma ilə aparılır. Cavab tez zamanda hazır olur. Qiyməti də baha deyil, 13 AZN-dir. Yaxşı olar ki, bu testlər poliklinikalara da verilsin, onların da işi asanlaşsın və gecikmiş olmayaq".
A.İsmayılzadə bildirib ki, A qrup betta - hemolitik streptokok bakteriyadır: "Virus deyil. Revmatizm, Skarlatina törədən mikrobdur. Ürəyi, böyrəyi zədələyə bilir. Mikrob olduğu üçün antibiotiklə müalicə olunur. Əgər nəticə pozitiv olarsa, müalicə vaxtında təyin olunsa da, ürək Exo-kq olunmalıdır (qapaq zədələnməsinə görə). Qətiyyən boğaz ağrısı, angina vaxtı badamcıqları basmaq, bərk silmək olmaz. Çunki bu, mikrobun qana keçməsini sürətləndirə bilər. Deyə bilərsiz ki, "mən yumşaq silirəm". Bu, sizə belə gəlir. Nəzərə almaq lazımdır ki, iltihablı toxuma tez dağıla bilən, qanayan olur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu