Uşaqlar arasında sürətlə yayılan virusu necə müalicə edək? - AÇIQLAMA/VİDEO


"Qripi müalicə edərsən bir həftəyə sağalar, etməzsən 7 günə sağalar. Bu o deməkdir ki, əslində qripin müalicəsi yoxdur. Onun öz müddəti var. Biz sadəcə simptomatik müalicə edirik".


Bu sözləri "ARB24" yayımlanan "İş vaxtı" verilişində qonaq olan pediatr Günay Rəsulova bildirib.

"Özbaşına apteklərdən antibiotik almaq qətiyyən doğru deyil. Belə olan halda virus infeksiyaların gedişatına lazımsız və zərərli müdaxilə etmiş oluruq. Uşaqların immunt sistemi daha da düşür. Virus 7 günə bitəcəkdisə, müddət 15 gün olur.

Bu hallarda uşaqlar valideyn və həkim tərəfindən yaxından təqib olunmalıdır. Tutaq ki, qızdırma 5 gündən çox davam edirsə, öskürəklə yanaşı təngənəfəslik varsa, bu halda analizlər verilməli və həkim müalicə yazmalıdır",-deyə pediatr əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu