TƏHLÜKƏ! Uşaqlar arasında öldürücü Strep A virusu - Azərbaycana keçməsi an məsələsidir!


ABŞ və İngiltərədə narahatlıq doğuran Strep A virusu Türkiyədə aşkarlanıb.


AFN.az HaberGlobal-a istinadən xəbər verir ki, bu haqda professor İlhan Varank və Şirin Güven açıqlama verib. Uşaqlıq peyvəndlərinin pandemiya dövründə başlayan qeyri-sabitliyi və ya peyvəndlərə qarşı müqavimətin zəiflədiyini deyən Şirin Güven, ABŞ və İngiltərədə narahatlıq yaradan A tipli streptokokların səbəb olduğu boğaz infeksiyalarının mütləq həkim nəzarəti altında antibiotiklərlə müalicə edilməli olduğunu, əks halda bu bakteriyanın ölümə səbəb ola biləcəyini qeyd edib.

Mütəxəssis bildirib ki, coviddən sonra ilk dəfə bu qədər sıx viral üst və alt tənəffüs yolu infeksiyaları ilə qarşılaşırıq. Türkiyədə xəstəxanalara bu cür infeksiyalarla həddən artıq çox xəstə müraciət edir. Əksəriyyətinin vəziyyəti ağır olur, hətta reanimasiyaya yerləşdirilənlər də çoxluq təşkil edir. Xoşbəxtlikdən xəstəliyin qarşısını peyvənd vasitəsilə almaq mümkündür və Türkiyə dövləti bu sahədə ciddi işlər görür. "Simptomlar tənəffüs yolu infeksiyası ilə müraciət edən xəstələrdən çox da fərqlənmir. Xüsusi klinik mənzərə yoxdur. Əvvəlcə qızdırma, narahatlıq, qusma və iştahsızlıq xüsusilə kiçik uşaqlarda nəzərə çarpır. Yaşlı uşaqlarda baş ağrısına səbəb ola bilər. Bu barədə də diqqətli olmalıyıq. Davamlı qızdırma, səpgi, şüurun dəyişməsi və davamlı qusma baş verərsə, dərhal həkimə müraciət edilməlidir" deyə professor bildirib.
Avropa və ABŞ-da təşviş yaradan Strep A bakteriyasından keçən həftə 10-dan çox uşaq həyatını itirib. Hər şeydən pisi isə budur ki, bakteriya düzgün antibiotik dozası ilə müalicə edilmədiyi təqdirdə gələcəkdə ciddi ürək xəstəliklərinə səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu