SON DƏQİQƏ! Dəhşətli virus yayıldı, 30 uşaq ölüb


İngiltərədə sentyabrın 19-dan bəri invaziv Strep A virusu səbəbindən ən azı 30 uşağın öldüyü açıqlanıb.


AFN.az İngiltərə mediasına istinadən xəbər verir ki, Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, ölkədə bakterial infeksiyanın invaziv formasından ümumilikdə 122 nəfər ölüb. Ölənlərin 25-i 18 yaşdan aşağı olub. Şimali İrlandiya və Uelsdə ümumilikdə daha üç uşaq ölüb. Çərşənbə günü İctimai Səhiyyə Şotlandiya iki uşağın ölümünü təsdiqlədi. A qrupu streptokok bakteriyaları yaralar, qırmızı səpki və boğaz streptokokuna səbəb olan dəri infeksiyası, impetigo da daxil olmaqla bir çox müxtəlif infeksiyalara səbəb ola bilər.
Əksər tənəffüs xəstəlikləri kimi, mövsümi xarakter daşıyır və infeksiyalar adətən payız və qış aylarında baş verir. Birt çox hallarda xəstəlik nisbətən yüngül keçsə də, bəzən streptokok orqanizmin müdafiə qüvvələrini aşaraq, qan və ağciyərlərə sirayət edir. Bu isə həyati təhlükə yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu