ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası keçirilir


ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası öz işinə başlayıb.


AFN.az xəbər verir ki, toplantıda üzv ölkələrin xarici işlər nazirləri iştirak edir. Qurumun fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Raunun dəvəti ilə 57 ölkənin XİN rəhbəri iclasa qatılıb.
Polşanın Lodz şəhərində keçirilən illik toplantıda ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Tədbir zamanı C.Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu