Rusiya ATƏT xarici işlər nazirlərinin görüşünə dəvət alıb


Rusiya ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət olunub.



Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

ATƏT Xarici İşlər Nazirlərinin görüşü 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutacaq.

Bundan əvvəl Avstriyanın Avropa, İnteqrasiya və Xarici İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq Rusiya və Belarus xarici işlər nazirlərinin ATƏT-in iclaslarına dəvət edilməsinin zəruri olduğunu bildirmişdi. O, bu təşkilata 57 üzv ölkənin daxil olduğunu xatırladıb və onların hər birinin iclaslara dəvət olunmasının vacibliyi vurğulayıb.

Xatırladaq ki, ötən il Polşanın Lodz şəhərində ATƏT xarici işlər nazirlərinin görüşü keçirilmişdi və Varşava Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına icazə verməkdən imtina etmişdi. Rusiyada bu qərarı görünməmiş və təxribatçı adlandırıbılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu