Blinken ATƏT Nazirlər Şurasının Makedoniyada keçiriləcək iclasında iştirak edəcək


ABŞ Dövlət Departamenti ölkənin dövlət katibi Antoni Blinkenin bu həftə Skopyedə (Şimali Makedoniya) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasına getmək niyyətini təsdiqləyib.


TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.

Eyni zamanda, departament Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun orada görüşünün mümkün olub-olmamasına aydınlıq gətirməkdən imtina edib. O`Brayen izah edib ki, o, Lavrovun görüşdə iştirak etmək planlarının nə olduğunu bilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu