Blinken Azərbaycana gələcək?


Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək.


Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya xarici işlər nazirindən sonra ABŞ dövlət katibi Entoni Blinkenin də Cənubi Qafqaz bölgəsinə səfərini istisna etməyib. "Blinken son aylarda Azərbaycanla Ermənistan arasında vasitəçiliyini fəallaşdırıb. Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında Blinkenin təşəbbüsü ilə keçirilən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş buna sübutdur" - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Lavrovun səfərindən bir gün sonra ABŞ Dövlət katibi Qazaxıstana səfər edəcək. Blinken Astanada 5 + 1 formatında (ABŞ və Mərkəzi Asiya ölkələri arasında görüş formatı) xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Həmin görüşdə ABŞ-la Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək: "ABŞ Rusiyanın perimetri boyu fəallaşıb. Entoni Blinken ölkəsindən bu uzunluqda məsafə qət edib Mərkəzi Asiya turnesinə çıxırsa, təyyarəsi geri qayıdarkən Cənubi Qafqaz ölkələrinə də enə bilər. Blinken Azərbaycanla Ermənistana səfər etməklə həm bölgədə sülh və əməkdaşlığın formalaşmasında Amerikanın dəstəyini tərənnüm etdirmiş, həm də Moskvaya “bölgədə biz də varıq” mesajını göndərmiş olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu