Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna üzrə iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedib.


Bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, Lavrovun təyyarəsi Moskvadan ABŞ-a qədər olan məsafəni şimal marşrutu ilə 12 saat 45 dəqiqə ərzində dost olmayan ölkələr üzərindən keçib. Uçuş zamanı gözlənilməz hallar baş verməyib.

Bundan əvvəl xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Nyu-Yorkda BMT tədbirləri zamanı Lavrovla ABŞ dövlət katibi Antoni Blinken arasında mümkün təmaslar gözlənilmir.

Yanvarın 17-də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 22-24 yanvarda Lavrovun BMT Təhlükəsizlik Şurasının açıq müzakirələrində iştirak edəcəyini açıqlayıb. Təhlükəsizlik Şurası Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu