Moskvada Xəzər “beşliyi”nin toplantısı keçiriləcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçiriləcək Xəzər “beşliyi”nin toplantısında iştirak edəcək.
Bu barədə Mariya Zaxarova məlumat verib. Zaxarova bildirib ki, dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Mariya Zaxarova əlavə edib ki, tədbir çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.