Zaxarova: "Mirzoyan-Bayramov arasında ikitərəfli danışıqlar mayın 19-da Moskvada keçiriləcək"
Rusiya tərəfi mayın 19-da Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təsdiqləyib.
AFN.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar da planlaşdırılır.
"Moskva ümid edir ki, müzakirələr Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə kömək edəcək", - Zaxarova bildirib.