Lavrov BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.


Yerli medianın məlumatına görə, Rusiya nümayəndə heyətinin rəhbəri kimi Lavrov iyirmiyə yaxın ikitərəfli görüş keçirəcək, həmçinin BRICS, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu çərçivəsində çoxtərəfli məsləhətləşmələrdə iştirak edəcək.

Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası keçiriləcək və orada Lavrovun da iştirak edəcəyi gözlənilir. Sentyabrın 23-də isə rusiyalı nazir BMT Baş Assambleyasının tribunasından çıxış edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu