Rusiya nümayəndə heyəti BMT Baş Assambleyasında iştirak etmək üçün viza almağa çətinlik çəkir


Rusiya nümayəndə heyətinin bütün üzvlərinin BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Amerika vizası alacağına ümid var.


AFN.az xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Qriqori Karasin bu barədə lenta.ru-ya bildirib.

Senator qeyd edib ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ona Amerika vizasının təsdiq edilib-edilmədiyini hələ bilmir.

“Təəssüf ki, beynəlxalq qaydaları pozmaq amerikalı tərəfdaşlarımızın ənənəsidir. Amma ümid edirəm ki, bu işdə sağlam düşüncə qalib gələcək”.

Karasin ənənəvi olaraq Rusiyadan olan nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyasının tədbirlərində iştirak edir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya nümayəndə heyətinin bəzi üzvlərinin sentyabrın 19-da Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün viza almadıqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu