ABŞ Mariya Zaxarovaya da viza verdi
ABŞ Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovaya BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün viza verib.
AFN xəbər verir ki, bu barədə məlumatı Zaxarova “Solovyov Live” telekanalının efirində açıqlayıb.
“Bəli, mənə viza verdilər”, - deyə Zaxarova məsələ ilə bağlı suala cavab verərkən deyib.
Xatırladaq ki, ABŞ bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova da Nyu-Yorkda baş tutacaq sözügedən sessiyada iştirak üçün viza verib.